Müdafiə Sənayesi Nazirliyindən 100 milyonluq ixracat
Müdafiə Sənayesi Nazirliyi (MSN) 2014-cü ildə xarici ölkələrə yüz milyon ABŞ dolları dəyərində ixracat həyata keçirib.
APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazirin sözlərinə görə, hazırda Özbəkistan, Misir, Malayziya ilə ixracat istiqamətində danışıqlar aparılır: “Bu danışıqlar gələn ildə reallaşacağı təqdirdə nazirliyin ixracat həcmi bu ilkindən bir neçə dəfə çox olacaq”.
Y. Camalov, hazırda MSN müəssisələrində yeni məhsulların yaradılması və istehsalı istiqamətində işlər aparıldığını açıqlayıb. Nazir qeyd edib ki, eyni zamanda beynəlxalq sərgilərdə Azərbaycanın hərbi sənaye potensialı nümayiş olunur.
Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə nazirliyin kollektivi və rəhbər şəxsləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.