banner
banner

Hərbİ

PKK-nın məhv edilən 7 snayperi erməni çıxdı

PKK-nın məhv edilən 7 snayperi erməni çıxdı

Türkiyənin Cənub-Şərqində separatçı terror qruplaşması PKK ilə insident zamanı təhlükəsizlik qüvələrinin zərərsizləşdirdiyi 7 snayperin Ermənistan ordusuna aid desantlar olduğu müəyyən edilib. 

ANS PRESS-in məlumatına görə, bu barədə beynəlxalq terrorizm mütəxəssisi, istefada olan zabit, “Maltepe” universitetinin akademiki professor Mesut Hakkı Caşin danışıb. Caşin PKK terror qruplaşmasının terrorçu ermənilərə aid “Asala” təşkilatının davamı olduğunu bildirib.  
 
“Asala bitmədi. Silahlı terror hərəkatı PKK-ya çevrildi. Mən də vəzifəli zabit kimi münaqişə bölgəsində olmuşam. PKK-nın bəzi blokları “Asala”dan ibarətdir. Son 2-3 aylıq insidentlərdə öldürülən PKK snayperlərindən 7 nəfərinin Ermənistan ordusunun desantı olduğu müəyyən edilib. Hətta məhv edilən erməni əsgərlərinin cəsədlərinin göndərilməməsinə görə Ermənistanla PKK arasında problem yaranıb.”
 
Hazırda Türkiyənin dünyanın 17-ci iqtisadi gücü olduğunu deyən professor M.H.Caşin bildirib ki, Türkiyənin hədəfi 2023-cü ilə qədər ilk onluğa girməkdir. PKK, PYD və Asalanın məqsədinin Türkiyənin inkişaf etməsinin qarşısını almaq olduğunu deyən Caşin ölkə prezidentinin ABŞ səfərində PKK-PYD-Asala həmrəyliyinə diqqəti cəlb etdiyi xatırladıb. “Türkiyə-Ermənistan və PKK/PYD problemləri birlikdə dəyərləndirilməlidir. Bu qruplaşmaların ortaq hərəkəti bu bərabərliyi təsdiq edir.” – deyə professor vurğulayıb.      
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.