banner
banner

Hərbİ

Müdafiə Nazirliyi: "Azərbaycan ordusu ölülərlə müharibə aparmır"

Müdafiə Nazirliyi: "Azərbaycan ordusu ölülərlə müharibə aparmır"

Erməni tərəfinin Azərbaycan hərbçilərinin erməni əsgərlərinin cəsədlərini təhqir etmələri ilə bağlı yaydığı bəyanatlar həqiqətəuyğun deyil.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

"Erməni tərəfi belə bəyanatlar yaymaqla dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsi ilə bağlı yanlış istiqamətə yönəltməyə və azərbaycanlıları vəhşi kimi təqdim etməyə çalışır”, - deyə məlumatda vurğulanır.

Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan tərəfi ölən şəxslərlə humanist davranır, heç bir təhqir və işgəncə faktları olmayıb: “Azərbaycan ordusu ölülərlə müharibə aparmır. Ermənistan Azərbaycanın humanistliyini qiymətləndirərkən nəzərə almalıdır ki, hərbi əməliyyatları biz dayandırdıq və beləliklə, həm də daha çox erməni hərbçisinin məhv olmasının qarşısını aldıq”.

“Biz ölən əsgərlərimizin valideynlərinin, ailə üzvlərinin emosional vəziyyətini nəzərə alaraq, erməni tərəfindən hərbi qulluqçularımızın meyitlərinin təhqir olunması ilə bağlı faktları bildirmədik. Azərbaycan əsgərləri heç vaxt ermənilərin etdikləri vəhşilikləri edə bilməzlər. Erməni tərəfi belə bəyanatlar yaymaqla Azərbaycanı dünya ictimaiyyətinə vəhşi kimi təqdim etmək niyyəti güdür”, - deyə məlumatda bildirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.