Ermənilər Tərtər istiqamətində atəşkəsi pozmaqda davam edirlər. Cia.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, aprelin 11-də axşam saatlarında erməni silahlı birləşmələri Tərtər rayonunun Qapanlı kəndini müxtəlif növ iriçaplı silahlardan atəşə tutub: "Saat 20:05-də ermənilər Qapanlını atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşmən susduruldu. Hadisə nəticəsində ciddi dağıntı və tələfat yoxdur".
M.Məmmədov deyib ki, ötən gecə erməni tərəfi rayonun Çiləbürt və Yarımca kəndlərini də atəşə tutub:
"Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.