banner
banner

Hərbİ

Yüzlərlə erməni Qarabağı tərk edib

Yüzlərlə erməni Qarabağı tərk edib

Yüzlərlə insan Dağlıq Qarabağda münaqişənin gərginləşməsi səbəbindən evlərini tərk edib. 
Cia.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə BMT-in baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Cenevrədə qaçqınların işləri üzrə ali komissarın idarəsinə (AKQİ) gətirdiyi məlumatlar əsasında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, xüsusilə qadınlar, uşaqlar və qocalar evlərini tərk ediblər. Kəndlərdən köçkünlərin böyük hissəsi şimal-şərq hissəsindən olanlardır.

İdarənin məlumatına görə, insanlar Qarabağın başqa rayonlara, eləcə də Ermənistana qaçıb. İdarə eyni zamanda qeyd edib ki, məcburi köçkünlərin sayının dəqiq qiymətləndirilməsi mümkünsüz olub.

"Qaçqınların bəziləri bildiriblər ki, onsuz da bu 20 il ərzində təmas xəttində atışmalara görə, bir neçə dəfə yerlərini dəyişməyə məcbur olublar".

Qurum tərəfindən Ermənistan və Azərbaycan hökumətlərinə köçkünlərin ehtiyaclarını ödəmək üçün humanitar yardımlar təklif edilib.

Bundan əvvəl də, aprelin 6-da  Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni jurnalistlərə açıqlamasında üç minə yaxın erməninin Dağlıq Qarabağda qoşunların təmas xəttindəki gərginliyə görə ərazini tərk etdiyi haqqında məlumat verib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir.

Zaru Amatuninin sözlərinə görə, BQXK-nin 15 əməkdaşı Dağlıq Qarabağda çalışır. Amma zərurət yaranarsa, təşkilat daha çox əməkdaşı verməyə hazırdır.

Aprelin 2-nə keçən gecədən bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Ermənilərin qərargahları məhv edilib.

Döyüş əməliyyatları zamanı ermənilərin onlarla hərbi texnikası, çox sayda canlı qüvvəsi məhv edilib. Azərbaycanda bu hərbi əməliyyatlar zamanı şəhidlər verib.

 Təmas xəttində 3 gün davam edən gərginlik aprelin 5-də saat 12:00-da Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.