ANS TV-nin məlumatına görə, bulvar idarəsi tələbatın çoxluğunu nəzərə alaraq Milli Parka daha iki attraksion gətirib. Bu attarksionlardan birinin hissələri artıq gətirilsə də, digərinin hələlik yeri və konstruksiyası hazırdır. Attraksionlardan birinin adı Svaynderdir, ona minənlər bir qədər yuxarı qalxaraq sürtələ hər iki yana, yəni sağa və sola fırlanacaqlar. Ehtiyat hissələri İtaliyadan gətirlən attaraksion tam təhlükəsizdir və xarici mütəxəssislər tərəfindən işə salınacaq.
Movilet adlanın yeni attraksion isə sərnışinləri düz 360 dərəcə fırladacaq. Attraksiyon xüsusi təhlükəsizlik kəməri ilə təchiz olunub. Bu da sərnişinləri təhlükəsizliyini təmin edəcək.
Digər attraksion sərnişinlərinə sözün əsil mənasında adrnealin yaşadacaq. Hər iki attraksionun dekabrın 27-28-i istifadəyə verilməsi planlaşdırılır. Attraksionların qiymətinə gəldikdə isə bulvar idarəsinin rəis müavin Nazim Məcidov sözlərinə görə, hər kəsin cibinə münasib olacaq.
Bulvar idarəsinin rəis müavini Nazim Məcidov deyir ki, qiymətlər hazırda bulvar ərazisində olan qiymətlərdən baha olamayacaq: “Hazırda bulvar ərazisində attraksiyonların qiymətləri 1 manatla 5 manat arasında dəyişir. Attraksiyonlar istifadəyə veriləndikdən sonra bunlar nəzərə alınacaq və buna uyğun qərar qəbul olunacaq”.
Hazırda Milli Park ərazisində ümumilikdə 26 attarksion var. Halbuki əvvəl onların sayı 46 idi. Attraksionların sayının belə azalmasına səbəb onların əksəriyyətinin istismar vaxtının başa çatması və köhnəlməsidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.