Cəbhə ermənilərlə döyüşdə şəhid olan 1996-cı il təvəllüdlü əsgər Baxşəliyev Rəşid Əliağa oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimdə Sumqayıt və Zəngilan İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhid torpağa tapşırılıb.
Şəhidin tabutuna çəkilən döyüş bayrağı yaxınlarına təqdim olunub.
Dəfndə "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı səsləndirilib.
Azərbaycan Silahlı Qüvvələrinin ermənilərlə döyüşdə şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Mirzəyev Məhəbbət Zaman oğlu doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində dəfn olunub.
Dəfn mərasimində Beyləqan və Xocavənd rayon İcra hakimiyyətlərinin rəhbərliyi, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər iştirak edib.
Şəhidin tabutuna örtülən döyüş bayrağı atasına təqdim edilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.