banner
banner

Sosİal

Daha bir rəis işdən çıxarıldı

Daha bir rəis işdən çıxarıldı

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunan Mirqafar Seyidovun təqdimatı ilə aparılan kadr islahatları, daha doğrusu, yüksək vəzifəli şəxslərin işdən azad edilməsi prosesi davam edir.

CİA.Az AzNews.az-a istinadən xəbər verir ki, bu gün Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsini rəisi Səid Seyidov tutduğu vəzifəyə yararsız hesab edilərək, işdən azad edilib. Maraqlıdır ki, S.Seyidov bu vəzifəyə cəmi bir ay əvvəl- Mirqafar Seyidov BŞBPİ-yə rəis gələndən sonra təyin edilib. Onun vəzifədən belə qəfil çıxarılmağı gözlənilməz olub.

Qeyd edək ki, Seyidov Səid Adil oğlu əvvəllər Baş Mütəşəkkil Cinayətkarlığa qarşı baş idarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, iki gün öncə BŞBPİ-nin 5-i rəis olmaqla 9 əməkdaşı işdən çıxarılıb. Onlara qarşı ağır ittihamlar irəli sürülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.