banner
banner

Gündəm

Azərbaycanlı oliqarx Mayamidə 11 milyon dollara ev aldı

Azərbaycanlı oliqarx Mayamidə 11 milyon dollara ev aldı

Azərbaycanlı milyarder, Rusiyanın daşınmaz əmlak krallarından olan Araz Ağalarov ABŞ-ın Florida ştatının Mayami kurort şəhərində yeni istifadəyə verilmiş apartamentin bütöv blokunu satın alıb.

Bu haqda Cənubi Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” yazıb.

Bildirilir ki, Ağalarov “Fisher İsland” yaxınlığında yeni tikilib istifadəyə verilmiş “Palazzo Del Sol” elit apartamentinin bir hissəsini almaq üçün 10.7 milyon dollar ödəyib. Daşınmaz əmlakın alınması üçün milyarder “Saffron Property Management” şirkətindən istifadə edib. Sövdələşmə ötən həftə həyata keçirilib.

 

Bildirilir ki, bina təzəcə istifadəyə verilib və oradakı mənzillər martın sonlarında satışa çıxarılıb. Ağalarovun aldığı blokda dörd yataq otağı, dörd hamam otağı yerləşir, sahəsi 5 min kvadratfuta yaxındır. Beləliklə, Ağalarov mülkün hər kvadratmetrin 2159 dollar ödəyib. Qeyd edək ki, bu, Bakının elit apartamentlərindəki qiymətdən aşağıdır və Amerikanın ən bahalı şəhərlərindən birində daşınmaz əmlak qiymətlərinin Azərbaycan paytaxtındakı qiymətlərlə yarışdığını göstərir.

Məlumata görə “Palazzo Del Sol” apartamentində Rusiyadan olan naməlum müştəri də 35 milyon dollara penthaus alıb. Nəşr xatırladır ki, Ağalarov öz sərvətini vaxtilə Moskvada gül alveri ilə qazanmağa başlayıb, hazırda Rusiyada sərgi, inşaat və kommersiya daşınmaz əmlak biznesi ilə məşğuldur. “Forbes”in hesablamalarına görə onun kapitalı 1.3 milyard dollardan çoxdur.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.