banner
banner

Hərbİ

Azərbaycan Ordusunun şəhid hərbçisi Mingəçevirdə dəfn edilib

Azərbaycan Ordusunun şəhid hərbçisi Mingəçevirdə dəfn edilib
Azərbaycan Ordusunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş, 1983-cü il təvəllüdlü Əhmədov Rüstəm Oruc oğlu doğulduğu Mingəçevir şəhərində dəfn edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Rüstəm Əhmədov Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atası Oruc Əhmədova təqdim edilib.
 
Şəhidin atası oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.                                                                 
 
Qeyd edək ki, Rüstəm Əhmədov aprelin 14-də cəbhənin Tərtər-Ağdərə istiqamətində şəhid olub. 
 









Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.