Müdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının əlindən öpüb.
Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev üçün nazirliyin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimdə şəhid ailələri ilə tək-tək söhbətləşən nazir onlara təsəlli verib. Vətən uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin qisasını alacağını bildirən nazirin şəhid anasının əlini öpməsi insanları qürurlandırıb.
Qeyd edək ki, Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları II Fəxri xiyabanda dəfn ediliblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.