banner
banner

Hərbİ

Yaralı əsgərimiz vətənə qayıtdı

Yaralı əsgərimiz vətənə qayıtdı

Bu ilin avqust ayında Ermənistan ordusunun cəbhədə aktivləşməsi zamanı 8 şəhid xəbərinin ardınca erməni silahlı birləşmələrinin yaraladığı əsgərlərmizdən biri, Türkiyədə müalicə alan 19 yaşlı əsgərimiz nəhayət vətənə qayıtdı.

CİA.Az ANS-ə istinadən xəbər verir ki, 19 yaşlı Sərxanı öz ayaqları üstündə vətənə qayıtdığını görmək məndə fərəh hissi yaratdı. Yenicə addımlayan körpəni xatırladan əsgərimizinin həyəcanı isə üzündən oxunurdu. Dayısının qolundan tutaraq bizə tərəf gələn Sərxan addımlarını inamla ataraq büdrəməməyə çalışırdı. O, öz sevincinin bizlərlə bölüşdü.

“Özümü çox yaxşı hiss edirəm. Çox sevinirəm ki, Azərbaycandayam. Prezidentimiz İlham Əliyevə və Müdafiə Naziri Zakir Həsənova təşəkkürümü bildirirəm. Ankarada fəaliyyət göstərən həkimlərə minnətdaram”.

Türkiyədə müalicəsi başa çatan Sərxan Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri qarşılayıb.

Sərxan vətənə sağ-salamat qayıtmaq hissinin yaratdığı həyəcandan danışa bilmirdi. Sərxan Türkiyədə tamamilə müalicəsini başa vurub və Bakıda bir neçə yoxlamalardan sonra evinə buraxılacaq.

Yaralanan əsgərlərimizin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.

“Hərbi xidmətlərini davam etdirən əsgərlərə uğurlar arzulayıram. Azərbaycanın bütün problemlərinin həllində hər zaman Türkiyə olaraq, qardaş ölkə olaraq əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik” – deyə TİKA-nın kordinatoru Mustafa Haşim Polad bildirib.

Avqustun 9-da cəbhədə yaralanmış əsgərlərdən Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.