banner
banner

Dünya

Rusiya milyarderləri 2 gündə 10 milyard dollar itirib

Rusiya milyarderləri 2 gündə 10 milyard dollar itirib

Rusiyanın ən zəgin 20 milyarderi son 2 gündə rublun ucuzlaşması nəticəsində 10 milyard dollar itirib.

CİA.Az Modern.Az-a istinadən xəbər verir ki, ümumilikdə Rusiya milyarderləri 2014-cü il ərzində 62 milyard dollar vəsait itirib. Qərb jurnalistləri ən çox itkilərə “NOVOTEKA” şirkətinin rəhbəri Leonid Mixelsonun düçar olduğunu iddia edir. Milyarderin sərvəti 2 gündə 9,2 milyarddan 8,7 milyard dollara qədər azalıb.

Vladimir Putinin dostu sayılan və mart ayından bəri ABŞ-ın sanksiyalarına uğrayan Qennadi Timçenkonun sərvəti isə 7,8 milyarddan 3,2 milyard dollara qədər azalıb.

Digər zənginlərdən Vladimir Lisin, Əlişir Usmanov, Viktor Vekselberq də çoxmilyonlu maliyyə itkiləri ilə üzləşiblər.

“Sistema” maliyyə-kredir şirkətinin rəhbəri Vladimir Yevtuşenko isə ilin əvvəllrindən 9 milyard dollar vəsait itirərək ən zəngin Rusiya zənginləri siyahısında ilk “20-lik”dən çıxıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.