banner
banner

Şou

"Bir mesajla həyatım dəyişdi" - FOTOLAR

"Bir mesajla həyatım dəyişdi" -
"Yetər" serialının Aylini Pelin Karahan "Hüriyyət"ə müsahibə verib. 
Aktrisa qadına təcavüzdən danışıb:
"İnsan başına gəlmədən onun nə olduğunu bilməz. Şükür ki, bu günə qədər şiddətə məruz qalmadım. Əgər belə halla qarşılaşsam, cəsarətli olmağı seçərəm. Türkiyədə qadın olmaq çətindir. Mənim də çətinliklərim olub. Bu yerlərə asan gəlməmişəm. Uşaq olanda atamla anam ayrıldı. Başımızda bir kişi yox idi. Kirayə pulunu necə ödəyəcəyimi gecə-gündüz düşündüyüm anlar oldu".
Pelin sürpriz şəkildə nikah masasına oturmasından söz açıb:
"Əslində planımızda bir ildən sonra evlənmək var idi. Övladıma görə tez evləndik. Ali Demir doğulduqdan sonra bir çox şeyi öyrəndim. Həyat yoldaşımla idman zalında tanış olmuşduq. Birlikdə voleybol oynadığımız qrupumuz var. Mən oynayanda özümü yerə yıxıram, dizlərim göyərir. Bir gün Bedri nömrəmi tapıb, "Diz qoruyucuların məndədir" deyə, mesaj yazdı. Kim olduğunu bilmirdim. Yeməyə getmək üçün israr edirdi. Mən də canımı qurtarmaq üçün razılaşdım. Həmin günün səhəri məni ailəsi ilə tanış etdi. Onlara "Evlənəcəyik, uşaqlarımız olacaq" deyirdi. Mən də zarafat kimi qarşılayırdım. Amma nə dedisə, hamısını da etdi. Bir mesajla həyatım dəyişdi".
 

 

 

 

 

 

 

 



 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.