banner
banner

Sağlamlıq

Köpü azaldır, həzmi tənzimləyir - Tərxunun faydaları

Köpü azaldır, həzmi tənzimləyir -

Qədimdə tərxun ədviyyat kimi deyil, müalicəvi ot kimi istifadə olunurdu. Tərxundan müxtəlif dəmləmələr və məlhəmlər hazırlayırdılar.

Tərxun sakitləşdirici təsirə malikdir, yuxunu yaxşılaşdırır. Stress, nevroz zamanı 2 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir. Dəmləmənin effektini artırmaq və dadını yaxşılaşdırmaq üçün dəmləməyə bir qədər bal əlavə etmək olar.

Aile.lent.az saglamolun.az-a istinadən tərxunun digər faydalarını sadalayır.


- Tərxun iştahanı və mədənin turşuluğunu artırır, həzm proseslərini tənzimləyir, köpü azaldır. Bunun üçün tərxunu qidalara, salatlara əlavə etmək yaxşıdır.
 

- Tərxun diş və damaqların sağlamlığı üçün çox faydalıdır. Keçmişdə tərxunun köməyi ilə sinqanı (dişlərin tökülməsinə səbəb olan diş əti xəstəliyi) müalicə edirdilər. Damaqların iltihabı, qanaması zamanı gündə 2-3 dəfə ağız boşluğunu tərxun dəmləməsi ilə yaxalamaq lazımdır.
 

- Diş ağrıları zamanı tərxun çeynəyin. Bu ot ağrını və iltihabı azaldır.
 

- Ekzema, psoriaz, dermatitlər və s. zamanı tərxundan təbii müalicəvi məlhəm hazırlamaq olar. 3 dəstə tərxun xırda-xırda doğranılır, üzərinə 1 stəkan istənilən bitki yağı əlavə olunur və 10 gün sərin qaranlıq yerdə saxlanılır. 10 gündən sonra məlhəmi süzün və dərinin zədələnmiş hissələrinə çəkin.
 

- Tərxun qurdqovucu təsirə malikdir. Təzə tərxunu az miqdarda uşaqlara da vermək olar.
 

- Qədim zamanlarda tərxundan kişilərdə potensiyanı artıran dərmanlar hazırlayırdılar.
 

- Menstrual ağrılar zamanı tərxun dəmləməsi (2 x.q. xırda doğranmış tərxun + 1 stəkan qaynar su) çox yaxşı kömək edir, ağrıları və spazmı azaldır.
 

- Yazda avitaminoz zamanı müxtəlif vitaminlər, minerallar və s. faydalı maddələrlə zəngin olan tərxun çox yaxşı ümumi möhkəmləndirici təsir edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.