banner
banner

Hərbİ

Müdafiə Nazirliyi: ​Düşmən razılşamanın şərtlərini növbəti dəfə pozmağa çalışır

Müdafiə Nazirliyi: ​Düşmən razılşamanın şərtlərini növbəti dəfə pozmağa çalışır
"Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb".
Bu barədə Cia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
Məlumatda deyilir ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir: "Bu kimi məlumatları yaymaqla qarşı tərəf razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır.
 
Düşmən tərəfindən məqsədyönlü şəkildə yayılan bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib.
 
Xəbərdə yer alan erməni hərbçilərinin yaralanması hadisəsinin isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi məlum olub".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.