banner
banner

Hərbİ

Azərbaycan silahları beynəlxalq sərgidə

Azərbaycan silahları beynəlxalq sərgidə

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb.

Dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.

Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Sərgidə sentyabr ayının 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan ADEX-2016 sərgisinin təqdimatı da keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.