banner
banner

Hərbİ

Azərbaycan Rusiyadan 6 ədəd "Mi 17B-1" hərbi-nəqiyyat helikopteri alıb

Azərbaycan Rusiyadan 6 ədəd "Mi 17B-1" hərbi-nəqiyyat helikopteri alıb
Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində “Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb.
APA-nın “kommersant.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya helikopterləri” holdinginin 2015-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında deyilir.
Hesabatda göstərilir ki, İndoneziya, Banqladeş, Peru, İraq, Şri Lanka və Kuba holdingdən modifikasiya olunmuş "Mi-171" helikopterləri satın alıb.
Şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu say əvvəlki illə müqayisədə 59 ədəd azdır. Lakin valyuta kurslarının kəskin dəyişməsi və ixrac sifarişləri ilə bağlı holding gəlirlərini 50 milyard rubl, xalis gəlirini isə iki dəfə artıra bilib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.