banner
banner

Sosİal

Azərbaycanda bu xəstəlik sürətlə yayılır - SOS

Azərbaycanda bu xəstəlik sürətlə yayılır

Ölkənin şimalında hemodializ xəstələrinin sayı durmadan artır. Axar.az-ın məlumatına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən sakinlərin sayı ötən ilə nisbətən daha çoxdur.

2013-cü ildə yaradılan Xaçmaz Hemodializ Şöbəsində 38 hemodializ xəstəsi müalicə alır. Halbuki bir il öncə bu rəqəm 32 olub. Şöbənin müdiri Rafiq Xankişiyev Regional TV-yə bildirib ki, xəstəliyin yayılmasının əsas səbəblərindən biri həkimə vaxtında müraciət edilməməsi və xəstəliklərin düzgün müalicə olunmamasıdır.

Gəncədə isə vəziyyət daha acınacaqlıdır. 2013-cü ilin dekabrından istifadəyə verilən Hemodializ Mərkəzində 240 nəfər müalicə olunur. Mərkəz rəhbərliyinin sözlərinə görə, 137 xəstə həftədə 3 dəfə dializ alır. Qalan xəstələr isə həftədə 1 və ya 2 dəfə dializ seansları qəbul edir. Bu xəstələr hər ay innovasiya və təhcizat sistemi tərəfindən daima pulsuz şəkildə dərmanlarla təmin olunurlar.

Məlumat üçün bildirək ki, seans zamanı xəstənin arterial qanı xüsusi iynə ilə bədəndən filtrlərə xaric olunur. Bu zaman qanda 60-65 faiz zəhərin miqdarı azalır. Bu da xəstəyə 48-72 saat ərzində normal fəaliyyəti davam etdirməyə imkan verir. Xroniki böyrək çatışmazlığı sağalması mümkün olmayan xəstəlikdir və çıxış yolu kimi xəstələrə ancaq böyrək köçürülməsi göstərilir. Bu da külli miqdarda vəsait tələb edir.

Hazırda Azərbaycanda 2300-dən artıq hemodializ xəstəsi var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.