banner
banner

Dünya

Rusiya tonlarla türk malını geri qaytardı

Rusiya tonlarla türk malını geri qaytardı
Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi Türkiyədən gətirilən 14 ton kahını geri qaytarıb. 
Məhsulların geri qaytarılmasına səbəb kimi agentlik kahıların sağlamlıq şərtlərinə uymamasını göstərib.
Bu barədə məlumat verən "Rosselhoznadzor"un nümayəndəsi "Gelencik" limanına Türkiyədən gətirilən 14-tondan artıq kahı məhsulunda kənd təsərrüfatı zərərvericisi olan Kaliforniya çiçək tripsellərinə (Frankliniella occidentalis) rast gəlindiyini bildirib.
 
Rusiyaya girişi qadağan edilən kahılar istehsalçı firmaya geri qaytarılıb. Bir müddət əvvəl Rusiya eyni səbəblə 15.9 ton badımcanın ölkəyə girişinə mane olub. Daha sonra Türkiyədən badımcan alınmasına qadağa qoyulub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.