banner
banner

Hərbİ

Qarabağ cəbhəsində düşmənin iki hərbçisi məhv edildi - Adlar

Qarabağ cəbhəsində düşmənin iki hərbçisi məhv edildi -
26 aprel gecəsi Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutmasına silahlı qüvvələrimizin cavabı nəticəsində düşmən itki verib. Bunu Dağlıq Qarabağdakı separatçı rejim də təsdiqləyib. 
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, atışma zamanı 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və1972-ci il təvəllüdlü Aram Aruşanyan məhv edilib.
Dağlıq Qarabağdakı xunta rejiminin “müdafiə nazirliyi” öldürülən hərbçilərin ailəsinə başsağlığı verib. Separatçı qurum öz açlıqlamasında iddia edib ki, Azərbaycan Ağdərə və Madaqis yaşayış məntəqələrini də atəşə tutub. Ancaq Azərbaycan Müdafiə Nazirliyi artıq düşmənin iddialarını rədd edərək onun gecə yarısından başlayaraq yaşayış məntəqələrimizi ağır silahlardan və mərmilərdən atəşə tutduğunu, baş verənlərə görə Ermənistanın məsuliyyət daşıdığını bəyan edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.