banner
banner

Hərbİ

Sarkisyan Müdafiə Nazirliyini dağıtdı, generalları qovdu

Sarkisyan Müdafiə Nazirliyini dağıtdı, generalları qovdu
Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin rəhbərliyini işdən azad edib.
Ermənistan prezidentinin yaydığı məlumata əsasən Sərkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfyyat idarəsinin rəisi  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.
Bu cəza tədbirlərinin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.