banner
banner

Hərbİ

Ermənistan bu gecə də itki verdi - 1 ölü

Ermənistan bu gecə də itki verdi -
Aprelin 27-si gecəsi ağır artilleriyanı yenidən işə salıb Azərbaycanın dins sakinlərini və hərbi mövqelərini hədəfə alması düşmənə baha başa gəlib. 
Azərbaycan ordusunun işğalçı tərəfin hərbi obyektlərinə açdığı cavab atəşi nəticəsində itki verdiyini erməni tərəf də etiraf edib. 
Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, ordumuzun düşmənin atəş nöqtələrinə endirdiyi zərbələr nəticəsində 1996-cı il təvəllüdlü hərbi qulluqçu Ayk Minasyan ölümcül yaralanıb. Bu barədə separatçı Dağlıq Qarabağ rejiminin yaydığı məlumata görə, əsgərin həyatını xilas etmək mümkün olmayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.