banner
banner

Hərbİ

Azərbaycan müdafiə nazirinin müavini Moskvadadır

Azərbaycan müdafiə nazirinin müavini Moskvadadır
Rusiya paytaxtında V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir.
APA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın əsas mövzusu terrorçuluqla mübarizədir. Tədbirdə çıxış edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlardan danışıb. Suriyada Rusiya və ABŞ-ın effektiv əməkdaşlığının beynəlxalq terrorçuluğa qarşı mübarizədə nümunə olduğunu deyən N. Patruşev qeyd edib ki, internet vasitəsi ilə terrorçuluğun yayılmasının qarşısının alınması vacibdir.
 
Rusiya müdafiə naziri Sergey Şoyqu isə çıxışında ölkəsinin beynəlxalq terrorçuluğa qarşı mübarizəsindən danışıb. O deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada ötən il sentyabrın 30-dan bu günə kimi keçirdiyi əməliyyatlar nəticəsində 500 yaşayış məntəqəsi, 10 min kvadrat kilometrdən çox ərazi azad olunub: “Suriyada terrorçuluğa güclü zərbə dəyib. Terrorçuların hərbi, texniki və maliyyə infrastrukturu məhv edilib”.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov isə beynəlxalq terrorla mübarizə üçün uzun vaxt və beynəlxalq ictimaiyyətin birgə səyinin lazım olduğunu vurğulayıb.
 
Konfransda Asiya-Sakit okean regionunda təhlükəsizlik, Avropada müharibə və sülh problemi, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə baxılacaq. Eyni zamanda Yaxın Şərqdə beynəlxalq təhlükəsizliyi təhdid edən ziddiyyətli, ənənəvi və yeni çağırışlar, "rəngli" inqilablara qarşı fəaliyyətdə silahlı qüvvələrin rolu, Mərkəzi Asiya regionunun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunacaq.
 
Qeyd edək ki, V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan da daxil olmaqla 82 ölkədən nümayəndə heyəti iştirak edir. Azərbaycanı konfransda müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.