banner
banner

Hərbİ

MN rəsmisi: “Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər”

MN rəsmisi: “Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər”
Son günlər, o cümlədən ötən gecə cəbhə xəttində baş verənlər erməni barbarlığının əlamətidir. Düşmən açıq şəkildə ancaq yaşayış məntəqələrinə atəş açır, evləri, məktəbləri hədəfə alır. 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bunu musavat.com-a açıqlamasında bildirdi. 
Erməni ordusunun BM-21 reaktiv yaylım atəş sistemlərindən də istifadə etdiyini vurğulayan xidmət rəhbəri bildirdi ki, düşmən ölkə bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur:“Şükürlər olsun ki, həmin silahlardan yaralananlar olmadı. Ancaq bu silahlar dünyada qadağan olunub. Dünya ictimaiyyəti bu məsələyə münasibətini bildirməlidir, ancaq hələ ki, susur”. 
V.Dərgahlı qeyd etdi ki, düşmənin cəbhəboyu aktivləşməsi, həmçinin təmas xəttinə əlavə hərbi texnika və canlı qüvvənin daşınması kimi faktlar ordumuzun nəzarəti altındadır. 
MN sözçüsü erməni ordusunun hücuma keçmək üçün fürsət gəzdiyini də istisna etmədi: “Düşməndən hər şey gözləmək olar. Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər. Biz bunun tərəfdarıyıq ki, atəşkəsə əməl edilsin. Amma təbii ki, düşmənin təxribatlarının qarşılığında cavab atəşi açmağa məcburuq”. 
 
V.Dərgahlı erməni tərəfinin guya Azərbaycanın mülki obyektləri hədəfə alması barədə iddialarını da cavablandırdı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir. Biz də onların atəşinə cavab verəndə iddia edirlər ki, guya Azərbaycan mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutur. Biz dəfələrlə bəyan etmişik, onların yalnız hərbi obyektlərinə zərbələr endiririk”.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.