banner
banner

Gündəm

Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib - şok video

Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib -
Bu günlərdə sosial şəbəkələrdə olduqca maraqlı bir video paylaşılmışdı. Video təxminən 1992-93-cü illərə aiddi. Videoda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyıb Ərdoğan o zamanlar rəhbərliyində təmsil olunduğu Rifah Partiyasının tədbirində Azərbaycana səfəri haqda danışıb. 
Ərdoğan partiya yoldaşlarının qarşısında dönəmin müdafiə naziri Rəhim Qazıyev haqda alovlu nitq söyləyir. O. R.Qazıyevi mücahid adlandırır. Bildirir ki, ermənilər R.Qazıyevin başına 100 min dollar qoyublar (yəni kim R.Qazıyevi öldürsəymiş, 100 min mükafat alacaqmış-red.). 
 
Ərdoğan videoda danışır: "Cəbhə bölgəsində olarkən Rəhim Qazıyevin ayaqları üşüyür, bu üzdən başındakı papağını ayağına keçirir. Düşmən zənn edir ki, ayağı Qazıyevin başıdır, ona görə də müdafiə nazirinin ayağına atəş açırlar, yaralanır, amma Allahın möcüzəsi sayəsində sağ qalır". 
 
Xatırladaq ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevral ayına kimi Azərbaycanın müdafiə naziri olub. Ərdoğanın danışdığı hadisə isə 1992-ci ilin yanvar ayının 31-də Şuşa şəhərində olub. Onda R.Qazıyev nazir deyildi. Hadisə Şuşanın müdafiəsində iştirak etmək üçün Bakıdan gedən 109 nəfərdən ibarət könüllülərin məskunlaşdığı məktəbdə olub. Həmin vaxtlar ildırım sürətilə xəbər yayıldı ki, guya ermənilər Rəhim Qazıyevi vurub. Bəzi məlumatlarda onun öldüyü, bəzi xəbərlərdə isə ağır yaralandığı deyilirdi. Sonradan məlum oldu ki, Emin Məmmədov ad-soyadlı bir şəxs Bakıdan gedən döyüşçülərə atəş açıb, hadisə nəticəsində 8 nəfər yaralanıb. Rəhim Qazıyev isə həmin hücumdan salamat qurtarmışdı. nə yaralanıb, nə də ölüb. 
 
Bu günədək bilinmir ki, Emin Məmmədov niyə bu əməli törədib... Bu hadisə Rəhim Qazıyevin müdafi naziri olması üçün əla PR-a çevrildi. O, bundan az sonra Azərbaycan Müdafiə Nazirliyinin başına gətirildi...   
 
 
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.