banner
banner

Hərbİ

Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanıldı

Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan Cia.az-a verilən məlumata görə, Tərtər rayonunun Buruc kəndində 2 ev və həyətyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçirilib, tam partlamış sursatın qalıqları aşkar edilib, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12000 kv.m ərazi təmizlənib.

Köçərli kəndində 4 otlaq sahəsinə baxış keçirilib, 4 partlayış çalasından hər birində 1 ədəd Top mərmisinin partlamış qalıqları aşkar edilib. Ümumilikdə 620 kv.m ərazi təmizlənib.

Qarağacı kəndində orta məktəbin həyətində 2 çalaya, 2 ev və həyətyanı sahənin hər birində 1 çalaya baxış keçirilib. 16 000 kv.m ərazi təmizlənib.

Ümumilikdə 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçirilib. Nəticədə 10 partlayış yeri aşkar edilib, 28 620 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonunun Alixanlı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılıb.

Cəmi 3 əkin sahəsində, 3 partlayış yeri , 400 kv. m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

1 May 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəbi də daxil olmaqla 13 partlayış yeri yoxlanılıb, 29 020 kv. m ərazi təmizlənin və partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 1 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 391 ev və həyətyanı sahə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 11 əkin sahəsi, 4 otlaq sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdiriilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.