banner
banner

Hərbİ

Səngərdə vurulan erməni əsgəri xəstəxanda öldü

Səngərdə vurulan erməni əsgəri xəstəxanda öldü
Mayın 2-də Xankəndi xəstəxanasında müalicə olunan yaralı erməni əsgəri ölüb. Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, 20 yaşlı Sarkis Qasparyan 29 aprel saat 22 radələrində Ağdərə istiqamətində güllə yarası alıbmış. O, yaralı yoldaşını döyüş mövqeyindən çıxartmaq istərkən özü hədəfə tuş gəlib. 
Məlumatda deyilir ki, Xankəndidəki “Mesrop Maştots” universitetinin ikinci kurs tələbəsi olan S.Qasparyan Şuşada doğulubmuş. 
Azərbaycan ərazilərində qanunsuz məskunlaşan ermənilər beləcə itki verməkdə davam edirlər. 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi düşmənin yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq ermənilərin döyüş mövqelərinə cavab zərbələri endirildiyini, bu zaman yüksək çinli zabitlərin məhv edildiyi, həmçinin düşmən qüvvələri arasında yaralıların olduğu barədə xəbər yaysa da, qarşı tərəf yaralıları gizlətmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.