banner
banner

Hərbİ

Ötən həftə Ermənistan 7 hərbçisini itirib

Ötən həftə Ermənistan 7 hərbçisini itirib
Ötən həftə, aprelin 25-dən mayın 1-dək olan müddət ərzində Ermənistanda 7 hərbçi ölümü qeydə alınıb.
Ermənistanın Müdafiə Nazirliyi son insident barədə bazar günü məlumat yayıb.
Erməni silahlı dəstələrinin qoşunların işğal altında olan Xocavənd istiqamətindəki təmas xəttində atəşkəsi pozması nəticəsində hərbçi Aşot Zöhrabyan ölüb. Bunadək isə, düşmən 5 hərbçisini itirib: 24 yaşlı Tiqran Poqosyan, 44 yaşlı Aram Aruşanyan, 20 yaşlı Ayk Minasyan, 19 yaşlı Qarik Movsisyan və 48 yaşlı Vazgen Arutyunyan.

Hərbçi ölümü, həmçinin Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qeydə alınıb. Rəsmi versiyaya görə, aprelin 25-də "QAZ-66"nın yük yerində müddətli həqiqi hərbi xidmətdə olan Ovanes Petrosyanın meyiti aşkar edilib.
Cia.az 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.