MN: Erməni meyitləri üzərində baş kəsilməsi halı qeydə alınmayıb
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Ermənistan mətbuatında yer alan foto görüntülər tamamilə saxtadır və düşmən tərəfindən Silahlı Qüvvələrimizə qarşı növbəti təxribatdır: “Şəkildə əks olunan hərbi qulluqçu həqiqətən döyüş əməliyyatlarında iştirak edib. Ancaq top heyətinin komandiri olduğundan bilavasitə ön xətdəki hərbi əməliyyatlara qatılmayıb. Qarşı tərəfə təhvil verilən bütün erməni cəsədləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilib, baş kəsilmə və meyitlərin üzərində hər hansı digər işgəncə halları qeydə alınmayıb”.
Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Xocalı şəhərində 63 azyaşlı uşağı, xeyli sayda qadın və ahıl insanı amansızlıqla qətlə yetirən və bununla fəxr edən erməni qatillərinin özlərini bizimlə müqayisə etmələri gülüncdür: “İnsanlığa qarşı vandalizm əməllərini törədənləri qəhrəman etmək yalnız ermənilərə xas olan xüsusiyyətdir”.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə məlumat yayıb. Fotoları da paylaşılan həmin hərbçinin ölkə başçısı tərəfindən mükafatlandırıldığı qeyd olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.