Ermənistan MN: “Aprelin əvvəlindəkindən daha çox qüvvə cəmləşdirilib”
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycanın təmas xəttinə çoxsaylı hərbi qüvvə və texnika cəmləşdirdiyi barədə bəyanatla çıxış edib.
Vitualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın bildirdiyinə görə təmas xəttindəki situasiya aprelin əvvəlləri ilə müqayisə oluna bilməz. “Azərbaycan qoşunların təmas xəttinə aprelin əvvəllərində olduğundan daha çox qüvvə cəmləşdirib”-o deyib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmən ölkənin bu bəyanatına şərh verməyib. Nazirlik bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qoşunların yenidən dislokasiyasını həyata keçirməkdə sərbəstdir və bununla bağlı üçüncü tərəfə izahat verməyə borclu deyil.
Ermənistan hərbi-siyasi dairələri artıq neçənci gündür ki, Azərbaycanın təmas xəttinə çoxsaylı qüvvə cəmləşdirməsindən və Şuşanın işğalının ildönümü günü irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edir. Lakin böyük ehtimalla bu cür informasiyaların verilməsi ictimai rəyinErmənistan ordusunun Qarabağda itirdiyi mövqeləri geri ala bilmək üçün növbəti əks-həmləyə hazırlanmasına xidmət edir.
Yəqin ki, Ermənistan Azərbaycanın qoşunlaın təmas xəttinə çoxsaylı hərbi qüvvə cəmləşdirdiyi barədə bəyanatlar verməklə sonradan hərbi əməliyyatların yenidən başlamasına görə məsuliyyətdən yayınmaq üçün zəmin hazırlayır. Azərbaycan prezidenti İlham Əliyev Ağdam və Tərtər rayonlarına səfəri zamanı bəyan edib ki, əgər düşmən yenidən aprelin əvvəlində olduğu kimi təxribata əl atsa cavab eyni olacaq.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.