Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərov vəkili vasitəsilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ona qanunsuz göstəriş verdiyini açıqlayıb. V.Əsgərovun vəkili Vüqar Xasayev deyib ki, müdafiə etdiyi şəxs Naxçıvanın milli təhlükəsizlik naziri olarkən Eldar Mahmudov ona Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu, onun ailə üzvlərini dinləməyi tapşırıb. Vəkilin sözlərinə görə, həmin dövrdə V.Əsgərov tapşırığı yerinə yetirməkdən imtina edib.
Bu məsələnin ictimailəşməsi geniş müzakirələrə yol açıb. Müzakirələrin ana xətti Vəli Əsgərovun faktiki olaraq media üzərindən Eldar Mahmudovun əleyhinə ifadə verməsi kimi qəbul edilməsindən ibarətdir.
Bu açıqlamanı əsas götürməklə Eldar Mahmudovu istintaqa cəlb edə bilərlərmi?
Tanınmış hüquqşünas, “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, bu açıqlama yoxlanılmalı və hüquqi qiymət verilməlidir: “Vəli Əsgərov sıradan bir şəxs deyil. O, 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Onun havadan danışmadığı bəllidir. Ona həqiqətən belə bir göstəriş verilibsə, bu göstəriş konkret şəxs barəsində qanunsuz informasiya toplanmasına xidmət edib. Eldar Mahmudov CM-in 156-cı maddəsində nəzərdə tutulan, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanması ilə bağlı Naxçıvanın milli təhlükəsizlik nazirinə göstəriş vermiş olub. Bu göstəriş öz qulluq mövqeyindən sui-istifadə etməklə verilib. Belə halda, Eldar Mahmudov Cinayət Məcəlləsinin 156.2 maddəsi ilə, yəni şəxsi və ailə həyatının sirləri olan məlumatların qanunsuz toplanmasına vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə göstəriş verilməsi kimi qiymətləndirilə bilər. Buna görə 3 ilədək müəyyən vəzifədən azad edilməklə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu fakta görə digər maddələrlə də cinayət işi başlanıla bilər. Məsələn, 308-ci maddə ilə də ittiham oluna bilər. Bu cinayətlər ictimai ittiham qaydasında təqib olunan cinayətlərdir. Belə faktlar barəsində KİV-dən məlumatlar daxil olursa, prokurorluq orqanlarının vəzifə borcudur ki, bu faktları araşdırsınlar və bu cinayətləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etsinlər. Bura Azərbaycandır və belə əməllər siyasi göstəriş olanda öz hüquqi qiymətini ala bilər”.
M.Baxış deyir ki, E.Mahmudovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər əsaslar mövcuddur: “Eldar Mahmudovun tabeliyində olan şəxslər bu gün həbsdədirlər. Bu şəxslər sırasında general rütbəsi daşıyanlar, idarə və şöbələrdə rəis olanlar var. Əgər bu gün 20 MTN-çi Cinayət Məcəlləsinin ən müxtəlif maddələri ilə həbsdədirsə, onlara müxtəlif cinayətləri törətmələri ilə bağlı ittihamlar verilibsə, Eldar Mahmudovun da məsuliyyət məsələsinə hökmən qiymət verilməlidir.
Bu adamlar Eldar Mahmudovun qanunsuz göstərişlərini yerinə yetiriblər. Bu məsələ hökmən araşdırılmalıdır. Bu adamlara qanunsuz göstəriş verən şəxs özü də cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu gün həbsdə olan şəxslər həmin qanunsuz göstərişləri yerinə yetirməsəydilər, onları cinayət məsuliyyətinə cəlb etmək olmazdı. Bu adamlar bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetiriblər və cinayət törətmiş şəxs hesab olunurlar. Təəssüf ki, MTN-də başladılan proseslərdən 6 ay keçməsinə baxmayaraq indiyə qədər Eldar Mahmudovu cinayət məsuliyyətinə cəlb etməyiblər”.
M.Baxış deyir ki, bu gün həbsdə olan MTN-çilərin Eldar Mahmudovun əleyhinə ifadə verməmələri onun məsuliyyətdən kənar qalmasına əsas vermir: “Həqiqət budur ki, KİV-də konkret zərərçəkmişlər tərəfindən Eldar Mahmudovun bir sıra obyektlərin tikintisi ilə bağlı törətdiyi cinayətlər haqda geniş açıqlamalar verilib. Açıq-aydın informasiyalar var. Ola bilər ki, Eldar Mahmudovun ətrafındakı mütəşəkkil cinayətkar qruplaşma üzvləri onun əleyhinə ifadə verməsinlər. KİV-də zərərçəkənlərin açıqlamaları mövcuddur və bu açıqlamalar şəxsən Eldar Mahmudovun özü ilə bağlıdır. Bəs bu faktları niyə araşdırmırlar? Niyə Eldar Mahmudovun cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmirlər?”
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.