Türkiyənin Beşiktaş Bələdiyyəsinin təşkil etdiyi Beynəlxalq Bağça və Çiçək Festivalının təqdimatı üçün bir araya gələn yerli məşhurlar sevdikləri çiçəklərlə şəkillər çəkdiriblər. Bir-birindən məşhur isimlərin çiçəklərlə gerçəkləşən əhval-ruhiyyəli çəkilişləri kameralara əks olunub. Qeyd edək ki, Beşiktaş mayın 6-15 tarixlərində Beynəlxalq Bağça və Çiçək Festivalına ev sahibliyi edəcək.
Bu il ilk dəfə təşkil olunacaq festivalın əsas məramı insanları sülhə səsləməkdən ibarətdir. Festivalın şüarı “Beşiktaşda barışmaq”dır.
Aralarında Beşiktaş Bələdiyyə Sədri Murat Hazinedarın da olduğu fotoçəkilişlərdə - Armağan Çağlayan, Begüm Kütük, Bengü, Burcu Esmersoy, Çengiz Abazoğlu, Deniz Akkaya, Ebru Şallı, Elif Dağdeviren, Esin Övet, İpek Açar, İrem Derici, Nükhet Duru və Özgür Aras kimi məşhur isimlər yer alıb. Onlar məşhur Lara Saylıqana verdikləri pozalarla festivalın təqdimatına dəstək olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.