banner
banner

Hərbİ

Müdafiə Nazirliyi: Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır - FOTO+VİDEO

Müdafiə Nazirliyi: Qoşunlarda döyüş hazırlığının səviyyəsi yoxlanılır -

Müdafiə nazirinin tapşırığına əsasən, qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, “Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları cəmləşmə rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidmətləri təşkil olunub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.