banner
banner

Hərbİ

Azərbaycan ordusunun şəhid zabiti dəfn edilib

Azərbaycan ordusunun şəhid zabiti dəfn edilib
Azərbaycan ordusunun kapitanı şəhid Nəcməddin Savalanov dəfn edilib.
APA-nın xəbərinə görə, 31 yaşlı (1985-ci il təvəllüdlü) kapitan Nəcməddin Akif oğlu Savalanov bu gün doğulduğu İmişli rayonunun Göbəktala kənd məzarlığında dəfn edilib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İmişli rayon icra hakimiyyətinin rəsmiləri, kənd sakinləri, həmçinin şəhid zabitin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti iştirak edib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib. Həmçinin kapitana təltif olunan “İgidliyə görə” medal şəhidin oğul övladının sinəsinə taxılıb.
Xatırladaq ki, aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Şəhid  kapitan 3 övlad atası olub. İkisi qız, biri oğlan.
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.