banner
banner

Hərbİ

Azərbaycan Ordusu cəbhə bölgəsində zirehli texnikaların təlimini keçirdi (FOTOLAR)

Azərbaycan Ordusu cəbhə bölgəsində zirehli texnikaların təlimini keçirdi (FOTOLAR)
Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.
 
Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.
 




Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.