banner
banner

Hərbİ

Ermənistandan Azərbaycana silah qadağası çağırışı

Ermənistandan Azərbaycana silah qadağası çağırışı
Ermənistan Cənubi Qafqazın münaqişəli ölkələrinə silah satışını məhdudlaşdırmağı təklif edib.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda münaqişə edən ölkələrə embarqo tətbiq etmək lazımdır.
"Mən regionun bütün münaqişə edən tərəfləri üçün tam embarqo olunmasını dəstəkləyirəm. ATƏT-in Minsk qrupunun həmsədrləri  ABŞ, Rusiya və Fransa buna BMT Təhlükəsizlik şurasında nail ola bilər. Belə düzgün olacaq", - deyə Koçaryan bildirib.
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə açıqlamasında bildirib ki, Ermənistan sadəcə gündəmin mövzusunu dəyişmək üçün bu fikri ortalığa atıb.
“Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan yaxşı olardı ki, bu sualı öz hökümətinə versin ki niyə Ermənistan aprelin 7-dən başlayaraq sürətli şəkildə silahlanır və Rusiya, digər ölkələrlə danışıq aparıb onlardan silah istəyir. Regionda niyə münaqişə olmalıdır? Şavarş Koçaryan bu sualı özünə və rəhbərlərinə versin. Ermənistan işğalçı siyasət apardığına görə, regionda bu gərginlik var. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunandan sonra bizə silah lazım deyil. Ermənilər normal qonşuluq münasibətində Azərbaycanla yaşayacaqsa, beynalxaq hüqüq normalara riayət edəcəksə biz onlara da silah sata bilərik. Azərbaycanın bu gün bundan sonra böyük silahlara ehtiyacı yoxdur. Azərbaycandan qat-qat iqtisadi imkanları zəif olan Ermənistan fikirləşsin ki, o heç bir vəchlə Azərbaycanla silahlanma yarışına girə bilməz. Azərbaycanın son dövrlər aldığı silahlar Ermənistan ordusunda yoxdur. Cənubi Qafqaz dedikdə Gürcüstanda bura daxildir. Nə əcəb deməyiblər Gürcüstana da silah sataşına embarqo qoyulsun”, - Üzeyir Cəfərov bildirib.
 
“Bunların bədəninə sanki hansısa yara düşüb. Gah Azərbaycana ərazi iddiaları irəli sürürlər, gah Gürcüstana ərazi iddiaları irəli sürürlər. İndidə başlayıblar BMT Təhlükəsizlik şurası... Nəyə görə, BMT Təhlükəsizlik şurasının dörd məlum qətnaməsini yadlarına sala bilmirlər”, - deyə ekspert qeyd edib.
 
Ekspert deyir ki, ATƏT-in Minsk qrupu yaxşı olardı ki, Ermənistanın tərbiyəsiylə məşğul olsun. Çünki Ermənistan tərbiyəsizlik nümayiş etdirir. Özünü tərbiyəli aparsaydı BMT-yə hörmət qoyardı.
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.