Mayın 14-də aktrisa Sinem Koballa evlənməyə hazırlaşan aktyor Kənan İmirzalıoğlu toy hazırlıqlarını bitirib.
"Ezel" serialında birgə rol aldığı Tuncel Kurtizə böyük hörmət edən aktyor vaxtında sənətçiyə "Evlənsəm, nikah şahidim sən olacaqsan" deyib. Ustad aktyorun ölümündən sonra onun həyat yoldaşı Menend xanımı tez-tez yad edən K.İmirzalıoğlu verdiyi sözə əməl etmək fikrindədir. O, Menend xanımı şəxsən özü toya dəvət edərək "Nikah şahidim olsanız çox xoşbəxt olaram. Tuncel ata vəfat etməsəydi, o olacaqdı" deyib. Gözləri dolan qadın "çox təşəkkür edirəm, mərasimə sevərək gələcəyəm. Şahidlik üçün mənə gələnə qədər daha yaxın adamların var idi. Mənə şərəf verdin" deyib.
Qeyd edək ki, T.Kurtiz "Ezel" serialında "Ramiz dayı" obrazını canlandırmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.