banner
banner

Hərbİ

Düşmənlə döyüşdə bir əsgərimiz şəhid oldu

Düşmənlə döyüşdə bir əsgərimiz şəhid oldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir. 

*   *   *13:37

Azərbaycan Hərbi Qüvvələrinin əsgəri, 1996-cı il təvəllüdlü Ərəbli Rahil Rafiq oğlu erməni işğalçılarının mövqelərimizə açdığı atəş nəticəsində şəhid olub.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsindən hərbi xidmətə çağırılmışdı.

Şəhid əsgər Şirvan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Müdafiə Nazirliyi əsgər ölümü faktı ilə bağlı məlumat yaymayıb. Bu səbəbdən əsgərin nə vaxt və təmas xəttinin hansı istiqamətində həlak olduğu məlum deyil.

Cia.az saytının Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdləri baş tutmur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.