banner
banner

Sağlamlıq

Kərə yağı sağlamlığa zərərdir?

Kərə yağı sağlamlığa zərərdir?

İnsanların bir qismi kor-koranə qidalansa da, digər qismi yediyi hər yeməyə diqqətlə yanaşır, sağlamlığına xeyri olub-olmamasını araşdırır. Lakin gəlin etiraf edək ki, qidalanma haqqında maariflənmə səviyyəmiz ürəkaçan deyil. Çox zamansa qidalanma haqqında doğru bildiyimiz əslində yanlış olur. Aile.lent.az qidalanma haqqında düzgün bildiyimiz səhvləri sıralayıb.

 

 

Kərə yağı sağlamlığa zərərdirmi? Süd boy uzadırmı, qazlı içkilərdəki turşu mədəyə zərər verirmi? Bunların hamısını sizin üçün araşdırmışıq.

SƏHV: ​​Kərə yağı sağlamlığa zərərdir

DOĞRU: Aparılan araşdırmalara görə, təbii yollarla qidalanmış heyvanların südündən əldə edilən yağ sanılanın əksinə, zərərli deyil, faydalıdır. Lakin dietoloqlar yenə də müəyyən miqdarda yeməyi məsləhət görürlər. Çünki həddindən artıq yağ yemək zamanla ürək və damar xəstəliklərinə səbəb olur.

SƏHV: ​​Yemək vaxtlarından biri təxirə salınarsa, arıqlamaq mümkündür.

DOĞRU: Yemək vaxtını təxirə salan insanlar arıqlayır, lakin normal yemə tempinə döndükdə sürətlə həmin çəkini geri almağa başlayırlar. Sağlam və qalıcı arıqlamaq üçün 3 ana yeməyi və ən az 2 ara ara yeməyi yeyilməlidir.

SƏHV: ​​Qazli içkilərdəki turşu zərərlidir.

DOĞRU: Bu da ən çox yayılan səhvlərdən biridir. Əslində qazlı içkilərin turş dəyəri limon, qreypfrut və portağal kimi meyvələrə paraleldir. Bu səbəbdən kolanın içindəkilər daxil olmaqla, bütün qazlı içkilərin sağlam mədəyə zərər verdiyinə dair heç bir açıqlama yoxdur.

SƏHV: Limon, kələm yağ yandırır.

DOĞRU: Heç bir qida yağ yandırmır. İnternetdə “yağ yandırıcı qidalar” siyahısı çoxdur və bunlara inanmayın. Bəzi qidalar ehtiva etdikləri kafein sayəsində ötəri qısa müddətli təsiri ilə bədəndə olan kalorinin enerji olaraq istifadə edilməsinə kömək olur.

SƏHV: ​​Çox süd içmək boy uzadır.

DOĞRU: Boy uzanması genetik bir müddətdir. Südün tərkibindəki kalsium sadəcə bədənin kalsium ehtiyacını qarşılayır. Boyu uzatmaqdan çox sümükləri möhkəmləndirir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.