Sübut edilib ki, gülməyin sağlamlığa təsəvvür edildiyindən daha çox faydası var. Amerikada aparılan araşdırmalardan biri isə gülməyin stressi azaltmaqda təsirli bir müalicə üsulu olduğunu ortaya çıxarıb. Araşdırmaya görə, şən bir qəhqəhə bədəndəki kortizol, adrenalin və dopamin hormonlarının səviyyəsini yüksəldir. Hətta hormonların nizamlı fəaliyyətini təşkil edir, immunitet sistemini qoruyur və xərçəngin qarşısını almağa kömək ola bilir. Bundan başqa, gülmək ağrıları da azalda bilir. Aile.lent.az sizə gülməyin digər faydalarını təqdim edir.
Tədqiqatçılar "xroniki ağrı çəkirsinizsə, müalicənizə kömək olması üçün gülməli bir “stand up” və ya komediya filminə baxın", - təklifini verir. Çünki həyata müsbət baxmaq və şən olmaq ağrı səviyyəsini azaldır. Yalnız 15 dəqiqə belə içdən gülmək çətinliyin öhdəsindən gəlməyə 10 faiz müsbət təsir edir. Gülmə anında, eynilə məşq əsnasında ifraz olunan və ağrının şiddətini azaldan endorfin hormonu kimi, bədəndə adamın özünü yaxşı hiss etməsinə səbəb olan kimyəvi maddələr ifraz olunur.
Gülmənin zehin və bədən sağlamlığına faydaları isə bunlardır:
- Stress və gərginliyi azaldır.
- İnsanı stressə bağlı xəstəliklərdən qoruya bilir.
- Bədənin ağrıya dözümünü artırır.
- İmmunitet sistemini gücləndirir.
- Depressiya ilə mübarizə aparır.
- Həyatdan zövq alma duyğusunu ortaya çıxarır.
- Qan təzyiqini aşağı salıb, ürək funksiyalarını yaxşılaşdırır.
- Qan şəkəri səviyyəsini aşağı salır.
- Mənfi hissləri dəyişdirir və ruh yüksəkliyini artırır.
- Xərçəng xəstələrinin psixoloji müalicəsində dəstək təmin edir.
- İş mühitində optimizm, elastiklik, sənəti sevmək və digər müsbət duyğuları gücləndirir.
- Cinsi əlaqədə xoşbəxtliyi təmin edir.
- Güvən meydana gətirib ictimai həyatda çətinliklərlə mübarizə aparmağı asanlaşdırır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.