Daha bir sənətçi heç vaxt övladına müğənni qız almayacağını deyib.
Axşam.az-ın məlumatına görə, “Səs verməyin!” verilişinin qonağı olan ifaçı Könül Kərimova hazırda əsgərlikdə olan oğlundan danşıb. O, “Oğlunuza müğənni qız alarsınız” sualına belə cavab verib: “Yəqin ki, almaram. Mən müğənniyəm, bu sahədəki əziyyətləri çox görmüşəm. Öz halal evimə həsrət qalmışam. İşdə, məclislərdə oluram. Ona görə də, oğluma o cür qız almaram. Mən də çöllərdə, gəlin də? Axı düz gəlməz. İstəyirəm gəlinim gözümün qabağında olsun”.
Qeyd edək ki, bir qədər əvvəl xanəndə Elnarə Abdullayeva da verilişlərin birində oğluna müğənni qız almayacağını demişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.