banner
banner

Hərbİ

Qazaxıstan Senatı da Ermənistana “hə” dedi

Qazaxıstan Senatı da Ermənistana “hə” dedi

Qazaxıstan Senatı Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq üçün imzaladığı sazişi ratifikasiya edib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Novosti-Qazaxıstan” saytı yayıb.

“Bu qanunun qüvvəyə minməsindən sonra Ermənistan AİB-in tam hüquqlu üzvü olacaq və öz öhdəsinə düşən bir çox öhdəlikləri yerinə yetirəcək. Bu Birliyə daxil olan bütün ölkələr öz vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün iqtisadi inteqrasiyalara üstünlük verəcək”, - deyə Qazaxıstan milli iqtisadiyyat naziri Erbolat Dosayev bildirib.

Qeyd edək ki, bu qanun layihəsi öncə Qazaxıstan parlamentinin aşağı palatasında qəbul edilib.

Ermənistan Avrasiya İqtisadi Birliyinə qəbul olmaq üçün sənədə oktyabr ayının 10-da Belarusun paytaxtı Minsk şəhərində qol çəkib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.