banner
banner

Sosİal

İcra başçısı “Agentura şəbəkəsi” yaradıb

İcra başçısı “Agentura şəbəkəsi” yaradıb

Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayonun tikinti və digər sahələr üzrə məsul olan məmurlarını səlahiyyətlərindən rəsmən təcrid edib.

Mia.az-a verilən xəbərə görə, icra başçısı təsərrüfat şöbəsinin (memar) müdiri başda olmaqla, İcra Hakimiyyətinin bütün məsul vəzifə sahiblərinə xəbərdarlıq edib: «İcra başçısı toplantı keçirərək, tabeliyindəki hər kəsə «Hamı rəsmi öz işiylə məşğul olsun. Və onu da bilin ki, əvvəlki kimi heç kim tikinti işlərinə müdaxilə edə bilməyəcək. Bu haqda 1-ci müavinim və təsərrüfat şöbəsinin müdirinə lazımı tapşırıq verilib. Əgər kiminsə tikinti işlərinə müdaxilə etməsi, kiminləsə sövdələşməsi xəbəri ortaya çıxarsa, o, vəzifəsini itirəcək».

Mia.az-ın xəbərinə görə, hazırda təmir-tikinti işlərini rayon məmurlarının nəzarətindən çıxaran icra başçısı bu prosesi rayonda hələ təyinatından bəri fəaliyyətə başlamış qeyri-rəsmi şəxslərə həvalə edib: «Xaləddin İsgəndərov rəsmi qurumlar və onların rəhbərlərini rayonda zonalar üzrə qeyri-rəsmi hegemon statusu yiyələnmiş dəstəyə tabe olmağa məcbur elədi. Təsəvvür edin ki, qeyri-rəsmi statuslu həmin adamların razılığı olmadan, rayonun rəsmi şəxsləri daşı-daş üstə qoymaq və qoydurmaq səlahiyyətindən məhrum ediliblər. Baxın, bunu dəqiqləşdirmək çox sadədir. Nümunə üçün siz Binəqədinin istənilən ərazisini seçin və orada tikinti aparmaq istədiyinizi deyin. Baxacaqsıznı ki, sonda sizi kimin üzərinə yönləndirəcəklər. Bəli, rayonun rəsmi şəxslər ancaq söküntü işlərinə indeksləşdirilib. Yəni hər hansı bir söküntü ilə bağlı qərar verilərsə, rəsmilər orada peyda olur. Özü də qeyri-rəsmi dəstə başçısının tapşırığı ilə».

Müsahibimiz deyir ki, indi Binəqədi rayonunda ərazidən asılı olaraq birmərtəbəli evlər üçün 5-10, ikimərtəbəli evlər üçünsə 10-20 min manat arası rüşvət tələb olunur. Bu «süzgəc»dən keçə bilməyən isə tikinti apara bilməz.

Sonda mənbə onu da deyib ki, Xaləddin İsgəndərov və tabeliyində olan məmurların əsas işi isə rayonun hər hansı bir ərazisində tikinti işlərinin aparılmasından dərhal xəbər tutmaq üçün «Agentura şəbəkəsi»nin fəaliyyətini genişləndirməkdən ibarətdir: «Məmurlar bu şəbəkə vasitəsiylə rayonun hər bir qarışındakı tikinti prosesini yaxından izləyir və «haqqı verilməyən» tikinti haqda dərhal məlumatlandırılır. Həmin məlumat qeyri-rəsmi dəstəyə çatdırılır. Və verilən qərara əsasən gün ərzində qəti tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, həmin məhəllələr üzrə formalaşdırılna həmin "Agentura şəbəkəsi”nin üzvləri hər bir tikinti haqda "vızıv” verdikdə, 20 manat pul alır. Yəni hər bir «vızıv»ın qiyməti 20 manatdır. Bəli, Xaləddin İsgəndərov rayon camaatını belə çirkin vasitəyə də alət edib. Ona görə də məmurlar qorxularından kimlərəsə himayədarlıq edib, özbaşına tikinti apara bilmirlər. Bunun ümün onlar da qeyri-rəsmi şəxslərin "bığ”ının altından keçirlər».



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.