banner
banner

Dünya

İŞİD Avropa çempionatında terrora hazırlaşır FRANSA KƏŞFİYYATI

İŞİD Avropa çempionatında terrora hazırlaşır

İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yaraqlıları Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı silsilə terror törətməyə hazırlaşır.

Modern.az bildirir ki, bunu Fransa daxili kəşfiyyatının rəhbəri Patrik Kalvar bəyan edib.

"Biz bilirik ki, İŞİD yeni hücumlar hazırlayır, Fransa əsas hədəfləri arasındadır", - o deyib.

Onun sözlərinə görə, yaraqlılar taktikanı dəyişmək niyyətindədir: onlar yenidən adamların çox yığışdıqları yerlərdə partlayışlar törətməyə hazırlaşırlar, məqsədləri cəmiyyətdə vahimə atmosferi yaratmaq niyyətindədirlər.

Avropa çempionatı iyun ayının 10-da başlayacaq və bir ay davam edəcək.

Fransanın 10 stadionunda keçiriləcək oyunlara 2,5 milyon azarkeşin gələcəyi gözlənilir.

Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Nəticədə 130 nəfər həlak olub, 350-dən çox adam yaralanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.