banner
banner

Hərbİ

General: “Əmr verilsə İrəvanı vurarıq”

General: “Əmr verilsə İrəvanı vurarıq”

Azərbaycan Silahlı Qüvvələri uzaq mənzilli operativ-taktiki raketlərin əldə edilməsi üzərində işləyir.

Bu barədə “AzeriDefence” jurnalına müsahibəsində Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib.

General Z. Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinin özünü qoruması üçün 200, 300, 500 km-ə qədər mənzilli operativ-taktiki raketləri olmalıdır.

“Düzdür, biz heç bir dövlətlə müharibə eləmək istəmirik. Amma məşhur bir atalar sözü var “sülh üçün hərbə hazır olmalısan”. Silah da məhz buna görə lazımdır. O ki, qaldı düşmənin hansısa obyektini vurmağa, bu gün Azərbaycan ordusunun silahlanmasında olan silah sistemləri ermənilərin işğal altındakı ərazilərimizdə olan bütün hərbi obyektlərini dəqiqliklə vurmağa tam imkan verir. Düşmənin hər hansı obyektini nöqtə atışı ilə vura bilərik. Ali Baş Komandan əmr versə İrəvanı da vura bilərik”, – deyə general vurğulayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.