banner
banner

Hərbİ

300 Donbass separatçısı Qarabağa göndərilmək üçün QRU-nun bazasında təlim keçir- SON DƏQİQƏ

300 Donbass separatçısı Qarabağa göndərilmək üçün QRU-nun bazasında təlim keçir-

300-ə yaxın Donbass separatçısı Qarabağa göndərilmək üçün hazırda QRU-nun bazasında təlim keçir.

Bu sensasion məlumatı Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk özünün Facebook səhifəsində paylaşıb. Tımçukun məlumatı barədə“Obozrovatel.ua” yazır.

Deputatın məlumatına görə Donetsk vilayətinin Xartsızk qəsəbəsindən Rusiya silahlı qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı bazasına Donbass sakinlərindən ibarət 300-ə yaxın yaraqlı göndərilib. Həmin yaraqlıların əvvəl qondarma “Donetsk Xalq Resublikasının” 1-ci “ordu korpusunda” xidmət etdiyi bildirilir. Onlar əsasən atıcılardan və minaaxtaranlardan ibarətdir.

 

“Yaraqlılar Rusiya ordusunun kamuflyajını geyiniblər, onların hərbi formasının üzərində salat və tünd-qırmızı rəngli iki lent olan tünd-döy bayraq təsvir olunub. Yaraqlıların içərisindən verilən məlumata görə bu qrup QRU-nun Rusiya ərazisindəki bazasında özəl hərbi  şirkətin “patronajlığı” altında təlim keçir. Təlimlərdən sonra Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak edəcəklər”-Dmitri Tımçuk yazıb

Deputatın bildirdiyinə görə həmin qrupu Donbassdan Rusiyaya üzərində“55” və “23” taktiki işarələri olan “Ural” avtomobilləri ilə aparıblar.

Xatırladaq ki, bir neçə ay əvvəl də Donbass separatçılarının bir qrupunun Qarabağa göndərilməsinə hazırlıq getdiyi barədə Ukrayna mənbələrində məlumatlar yayılmışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.