Türkiyəli müğənni Yeşim Salkım ilk evliliyi Mustafa İmredən olan qızı Gizem və ötən aylarda boşandığı həyat yoldaşı Hakan Eratikdən olan qızı Ada ilə birlikdə parkda dolaşarkən görünüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistləri qarşısında görən sənətçi kiçik qızı Ada ilə "Bak postacı geliyor" mahnısını səsləndirib.
"Bu gün uşaqlarımla vaxt keçirmək istədim. Klip çəkdirdiyim üçün yorğun idim. Uşaqlarla yorğunluğumu ata bildim. Həyatda ən doğru şey ana olmaqdır" - deyən müğənni yaradıcılığından söz açıb.
Yaxınlarda çıxacaq "Erkeğin zillisi" mahnısını ilk dəfə "Best Model"də səsləndirməyi nəzərdə tutan müğənni, bunu üçün yarışmanın təşkilatçısı Erkan Özarmana müraciət edəcəyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.