banner
banner

Hərbİ

Seyran Ohanyan həmin 800 hektardan danışdı: “Ola bilsin danışıqlar predmeti olacaq”

Seyran Ohanyan həmin 800 hektardan danışdı:

Ermənistan ordusunun aprel döyüşləri zamanı itirdiyi 800 hektar ərazi ola bilsin danışıqlar predmetinə çevriləcək. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Seyran Ohanyan jurnalistlərə bildirib.

“Döyüş əməliyyatları zamanı qoşunların geri çəkilməsi, yeni mövqelər tutması olur. Sirr deyil ki, müəyyən geri çəkilmə olub. Həmin ərazilərə gəldikdə isə onlar Dağlıq Qarabağın sərhədləri daxilində təsbit olunub və hesab edirəm ki, danışıqlar predmeti olacaq”-Ohanyan deyib.

Müdafiə naziri hakim partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanın bəyanatını şərh edərkən bildirib ki, “həmin ərazilər unudulmayacaq, necə ki, bizim qalan tarixi ərazilərimiz unudulmur”.

Xatırladaq ki, erməni qüvvələrinin aprel döyüşlərində 800 hektar ərazi itirdiyini prezident Serj Sərkisyan jurnalistlərə açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə onun sözlərinə düzəliş verərək aprel döyüşlərində 800 yox, 2000 hektar ərazi azad olunduğunu bəyan edib. Sərkisyanın açıqlaması Ermənistanda qızğın müzakirələrə səbəb olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.