Süni yolla hazırlanan kənd təsərrüfatı məhsularının siyahısına daha biri əlavə olunub.
Aznews.az xəbər verir ki, Çində artıq süni yumurtanın hazırlanmasına başlanılıb. Süni yumurtanın hazırlanmasının əks olunduğu videoçarx da yayılıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aznews.az-a açıqlamasında bildirib ki, süni kənd təsərrüfat məhsullarının hazırlanması üçün bu cür texnologiyalar Azərbaycanda da var: "Azərbaycanda 10 ildən artıqdır ki, süni kürü hazırlanır. Bəzən də o natural küri ilə qarışdırılıb əhaliyə satılır. Çox maraqlıdır ki, süni kürü insanlar arasında ajiotaj yaratmır. Bir çox turistlər Azərbaycana gələndə elə bilirlər ki, bura kürü ölkəsidir. Görünüşü natural kürüdən heç nə ilə fərqlənməyən bu məhsulun təbii kürü ilə heç bir əlaqəsi yoxdur.
Bunun kimi süni ət, yumurta, süd də yer üzündə mövcuddur. Bunun təsirləri elm olaraq hələ öyrənilməyib. Yalnız onu hazırlayan tədqiqatçılar müəyyən nəticələr əldə edə bilər”.
E.Hüseynov Azərbaycanad süni yumurtanın hələ ki, müşahidə olunmadığını vurğulayıb: “Çox güman ki, süni yumurta Azərbaycana da gətiriləcək. Bu, mütləqdir. Əlbəttə, azad bazar iqtisadiyyatıdır. Süni yumurta hər an Azərbaycana daxil ola bilər. Amma insanlar unutmasın ki, o, müəyyən standartlara uyğun hazırlanır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.